AZ

Biləsuvarda Şəhid Ceyhun Nazim oğlu Gözəlzadənin doğum günündə xatirəsi yad edildi - Vətən Naminə

">

Ziyarətdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əlieyev,YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideynlərinə baş sağlığı vermişlər.

    Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Gözəlzadə Ceyhun Nazim oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Bəydili kənd tam orta məktəbində təhsil almış və 7 aprel 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 30 sentyabr 2020-ci ildə Bəydili kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Gözəlzadə Ceyhun Nazim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Bəydili kəndinin küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
130
11
vetennamine.az

10Mənbələr