Jurnalist Şəmistan Həziyevin “Abzas işi” ilə bağlı Bakı Şəhər Baş Polis idarəsinə çağırıldığı deyilir. Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilir ki, o, sabah saat 10:00 da şahid qismində dindiriləcək. Qeyd edək ki, daha öncə Hafiz Babalı, Toğrul Vəliyev, Mina Əlyarlı, Elnarə Qasımova və başqa jurnalistlər “Abzas işi”lə bağlı şahid qismində bildiriliblər.