Daha bir jurnalistin BŞBPİ-nə çağırıldığı deyilir
Jurnalist Şəmistan Həziyevin “Abzas işi” ilə bağlı Bakı Şəhər Baş Polis idarəsinə çağırıldığı deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilir ki, o, sabah saat 10:00 da şahid qismində dindiriləcək.
Qeyd edək ki, daha öncə Hafiz Babalı, Toğrul Vəliyev, Mina Əlyarlı, Elnarə Qasımova və başqa jurnalistlər “Abzas işi”lə bağlı şahid qismində bildiriliblər.