RU

Bu ilin ötən dövründə 57 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 200 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub:

“Ödənilən vəsaitin 172 min manatdan çoxu əməkhaqları, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub”.

“Bundan əlavə, cari ilin yanvar-noyabr aylarında 57 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib”, - deyə məlumatda bildirilib.

"Cebheinfo.az"

Избранный
33
13
cebheinfo.az

10Источники