Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Turun açılış matçında üz-üzə gələcək “Sabah”la “Qarabağ”ın oyununu İnqilab Məmmədov idarə edəcək.
İkinci oyun gününə təsadüf edəcək “Səbail” – “Kəpəz” matçında Kamal Umudlu söz sahibi olacaq. “Qəbələ” – “Turan Tovuz” oyunu isə Rəvan Həmzəzadəyə həvalə olunub.
Nəhayət, sonuncu günün “Neftçi” – “Araz-Naxçıvan” matçında ədaləti Fərid Hacıyev qoruyacaq. “Sumqayıt” – “Zirə” oyunu da FİFA referisi Əliyar Ağayevə həvalə edilib.
Premyer Liqa
14-cü tur
24 noyabr
“Sabah” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 20:00.
25 noyabr
“Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 14:00
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu, 16:00.
26 noyabr
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “Neftçi Arena”, 15:30.
“Sumqayıt” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena”, 18:00.