AZ

APL-də XV tura iki oyunla

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıb.İkinci matçda "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədir.
Azərbaycan Premyer Liqası
XV tur
16:00. “Araz-Naxçıvan” – “Səbail”Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran ƏliyevHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Namiq Əliyev“Dalğa Arena”
18:30 “Turan Tovuz” – “Sumqayıt”Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin ƏliyevHakim-inspektor: Munis AbdullayevAFFA nümayəndəsi: Yavər RəhimovTovuz şəhər stadionu

Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq.

Seçilən
476
12
metbuat.az

10Mənbələr