RU

Ermənistan 2024-cü ilin fevralından BCM-nin tamhüquqlu üzvü olacaq

Ermənistan 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) tamhüquqlu üzvü olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə ICC-nin bəyanatında deyilir.

Məlumat görə, ilkin ratifikasiya sənədinin saxlanmaq üçün BMT-nin Beynəlxalq Müqavilələr Departamentinə təhvil verilməsi mərasimi keçirilib.

Sənəddə qeyd edilir: “Ermənistan 124-cü iştirakçı dövlət, Şərqi Avropa qrupundan isə 19-cu ölkə olacaq”.

Xatırladaq ki, Ermənistan Milli Assambleyası oktyabrın 3-də BCM-nin Roma Əsasnaməsini ratifikasiya edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Избранный
561
50
konkret.az

10Источники