RU

“YouTube” süni intellektə qarşı ehtiyat tədbirləri görür

Son zamanlar süni intellekt texnologiyası üzərində çalışan “YouTube” nəzarətdən əl çəkmir. Platforma rəsmi bloq səhifəsində bunu təsdiqləyib.
İndex.az xəbər verir ki, “Google” tərəfindən edilən şərhdə, bu yoxlamanı həyata keçirəcəyini bildirdi.
Açıqlamaya görə, süni intellekt tərəfindən istehsal edilən və “YouTube”a yüklənən videoların artıq etiketi olacaq. Bu etiketi görən istifadəçilər videonun süni intellekt tərəfindən hazırlandığını anlayacaqlar. Bundan əlavə, istehsalçılar bu videolar üçün etiketlər qoymalı olacaqlar.
Şirkət qeyd edib ki, etiketsiz videolar paylaşan prodüserlər üçün də bəzi sanksiyalar olacaq. Bu sanksiyalar videonun yayımdan çıxarılması və ya prodüserin monetizasiya xüsusiyyətinin silinməsi kimi cəzalar olacaq. Bu həm də çəkindirici rol oynayacaq.

Избранный
734
19
index.az

8Источники