EN

Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yarada bilər - SN

Bakı. Trend:

Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yaradabilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalarasəbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıqkimi simptomlara səbəb ola bilər. Bunu Səhiyyə Nazirliyi AiləPlanlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova deyib.

Trend NüşabəQasımova ilə müsahibəni təqdim edir:

- Nüşabə xanım, bildiyiniz kimi, havanın dəyişməsi, mövsumixarakter daşıyan günəş işığının azalması, nəmlik indikatorlarınınartması insanlarda hansı təsirlərə səbəb ola bilər?

- Payızda insan bədənində bir neçə dəyişiklik müşahidə edilir.Adətən, yuxusuzluq, baş ağrıları, həzm problemləri və s. kimihallara daha çox rast gəlinir. Bütün bu simptomlar arasındabəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu daorqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbuletdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çoxtəsir edən dəyişikliklərə uyğunlaşmağa məcbur olur.
Payızın gəlişi özü ilə daha qısa günlər, temperaturun aşağı düşməsivə yağış gətirir. Bədənimizin vəziyyətinə bəlkə də ən çox təsiredən amil işıq saatlarının getdikcə azalmasıdır. Bu dəyişiklikəhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliyavəziyyətlərinə məruz qoyur. Mövsümi affektiv pozğunluq insanlarınpayız və qış aylarında günəş işığına daha az məruz qalmasısəbəbindən depressiyaya düşdüyü bir vəziyyətdir.
Yorğunluq, konsentrasiyanın zəifləməsi, ürəkbulanma, psixomotoryavaşlama, mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış birsindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsümdəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarındanbiridir.
Ümumi olaraq insanlarda yorğunluq, səbəbsiz olaraq narahatlıq buaylarda müşahidə edilən haldır. Təbii ki, bu göstəricilən tibbiaçıqlaması mövcuddur. Məhz bu hallar orqanizmdə mövcud olanvitaminlər və mikroelementlərin çatızmazlığı iləəlaqələndirilir.

- Payız aylarında hansı vitaminlərin qəbulu məqsədəuyğundur?Ayrı-ayrılıqda bu vitaminlərin qəbulunun üstün cəhətləri vəorqanizmdəki funksiyası nədən ibarətdir?

- Ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşıimmunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini dədəstəkləyən vitamin D qəbulu məsləhət görülür.
Bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühümrol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdənqorumaq gücünə malikdir.
B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etməkgücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranınıyaxşılaşdırır.

- Payız aylarında mikroelementlərin qəbulu orqanizmə necə təsirgöstərir?

- Əhval-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizminyaxşı işləməsi üçün 2 mikroelement vacibdir. Bunlardan biri sink,digəri isə maqneziumdur.
Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsindəimmun sistemi hüceyrələri öz fəalliyətini dayandıra bilər. Beləhalda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaqdərəcədə azalır.
Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxışedir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların(neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxındaniştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insandayorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir.

- Bəs allergiya halları bu mövsümdə özünü necə təzahür edir?

- Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yaradabilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalarasəbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıqkimi simptomlara səbəb ola bilər.
Belə hallardan yayınmaq və ya təsirlərini minimuma endirmək üçünhava proqnozlarında polen miqdarını daim müşahidə etmək və havadanormadan artıq polen olduğu halda açıq havada fəalliyətlərdənyayınmaq lazımdır. Eyni zamanda, otaqda hava saflaşdırıcılardanistifadə, həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlar qəbul vətəmizliyə riayət etmək vacibdir.

- Qidalanma payız aylarında niyə vacibdir? İnsanların qidarasionu bu aylarda hansı xüsusiyyətlərə malik olmalıdır?

- Payız fəsli xüsusilə vitamin C və digər faydalı elementlərinbol olduğu meyvələrin mövsümü sayılır. Bu mövsümdə qida rasionundainsanların əsasən mövsümi meyvə və tərəvəzlərdən (balqabaq, alma,şirin kartof, göbələk, paxlalılar, qoz və s.) istifadəsi tövsiyəedilir. Adıçəkilən qidalarda vitamin A, vitamin C, beta-karotin,karbohidratlar və faydalı yağlar mövcuddur.
Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərəüstünlük vermək bizi mövsumi qriplərdən qoruyur, ən əsası isəimmunitet sistemimizi gücləndirir.

- Havaların soyuması insanların fiziki aktivliyinə necə təsirgöstərir?

- Havaların kəskin soyuması və temperatur dəyişiklikləriinsanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədəazaldır. İqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıqhava fəaliyyətindən imtina etmək yanlış fikirdir. Təbiətdəgəzintilər, velosiped sürmək əhval-ruhiyyəni gücləndirir. Eynizamanda, mövsumi idman növlərindən (buz meydançasında idman, evdəyoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.)şansını dəyərləndirmək vacibdir. Belə hallar həm psixoloji-mentalvəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanıyüksəldir.

Məqalədə:
Chosen
485
40
az.trend.az

10Sources