EN

Cəlilabadda ata ilə 20 yaşlı qızının meyitləri düşdükləri su quyusundan çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

Bu barədə Korrespondent.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və qızı- 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
142
16
korrespondent.az

10Sources