EN

Daha 207 mina, 10 040 PHS aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.08.2024 - 11.08.2024) məlumat açıqlanıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 163 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 10 040 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 1 224,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

    Chosen
    138
    47
    bakivaxti.az

    10Sources