EN

2 astronavt dünyaya geri qayıda bilmir

Sərnişin təyyarələrində yaşadığı problemlərlə gündəmdə olan “Boeing” bu dəfə “Starliner” kosmik gəmisi ilə problem yaşayıb.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən gəmi ilə kosmosa göndərilən 2 NASA astronavtı Sunita Williams və Butch Wilmore dünyaya geri qayıda bilmir.

Qeyd edək ki, astronavtların gələn ilə qədər kosmosda qalacağı açıqlanarkən, onları geri qaytarmaq üçün "Boeing"in rəqibi SpaceX ilə danışıqlar aparıldığı öyrənilib.

Fidan Nuriyeva
 

Chosen
377
50
unikal.az

10Sources