EN

Azərbaycanda daha bir "balta" olayı faciə ilə bitdi

Azərbaycanda daha bir "balta" olayı faciə ilə bitdi

Azərforum xəbər verir ki, avqustun 4-də Daşkəsən rayon sakini Tahirə Qurbanovanın almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Daşkəsən rayon prokurorluğundan məlumat daxil olub.

Qeyd olunub ki, araşdırmalarla 1982-ci il təvəllüdlü Səidə Həsənovanın iyulun 27-də rayonun Xoşbulaq kəndində onunla eyni ünvanda yaşayan qayınanası 1958-ci il təvəllüdlü Tahirə Qurbanovanın baş nahiyəsinə balta ilə zərbələr endirərək xəsarət yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır.

İbtidai istintaq davam etdirilir.

Chosen
1221
10
azerforum.com

10Sources