Bakı. Trend:
Daşkəsən rayon prokurorluğunun məlumatı
Avqustun 4-də Daşkəsən rayon sakini Tahirə Qurbanovanın almışolduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğunaməlumat daxil olub.
Araşdırmalarla 1982-ci il təvəllüdlü Səidə Həsənovanın iyulun27-də rayonun Xoşbulaq kəndində onunla eyni ünvanda yaşayanqayınanası 1958-ci il təvəllüdlü Tahirə Qurbanovanın başnahiyyəsinə balta ilə zərbələr endirərək xəsarət yetirməsinəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslışübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdanzərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işininistintaqı aparılır.
İbtidai istintaq davam etdirilir.