ABŞ-nin Missuri ştatının Sent-Lyuis şəhərində müharibə əleyhdarı olan gənclər hərəkatının fəalları Qəzzada müharibənin dayandırılmasını tələb edərək “Boeing” zavodunu bloklayıblar.
"Report"un məlumatına görə, bu barədə hərəkat “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Fəallar müəssisənin bütün giriş-çıxış qapılarını bloklayaraq, ABŞ Prezidenti Cozef Baydenə və Konqresə müraciət ünvanlayıblar.
“Konqresdən və Baydendən Qəzzada dərhal atəşkəsə çağırmağı tələb edirik”, - müraciətdə deyilir.