EN

İsraildə Netanyahunun evi qarşısında etiraz aksiyası –“İSTEFA VER!”

İsraildə bir neçə yüz insan Baş nazir Benyamin Netanyahunun Keysariyadakı evinin qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, toplaşanlar “İstefa ver!”, “Bizə xəyanət edildi!” şüarları səsləndiriblər.

 

Digər etiraz aksiyası isə Netanyahunun Qüdsdəki iqamətgahı yaxınlığında keçirilib. Polis 3 etirazçını saxlayıb.

 

Məlumata görə, etirazlara səbəb HƏMAS terror qruplaşmasının oktyabrın 7-də İsrailə hücumu ilə çoxsaylı mülki vətəndaşın ölməsidir. Etirazçılar İsrailin milli təhlükəsizliyində problem olduğunu bildiriblər.

Chosen
1322
18
senzor.az

10Sources