EN

"Qızıl top"u ən çox hansı ölkənin nümayəndləri qazanıb?

Lionel Messi Argentinanı "Qızıl top" mükafatlarının sayına görə lider edib.

Publika.az xəbər verir ki, "İnter Mayami"nin forvardı dünən 8-ci "Qızıl top"u qazanıb. Superulduz mükafatı qazanan ilk argentinalı olub. Onun həmyerliləri Alfredo Di Stefano və Omar Sivori də bu uğura nail olub. Amma Di Stefano İspaniya, Sivori isə İtaliya vətəndaşı kimi "Qızıl top"u qazanıb.

Cənubi Amerika ölkəsi mükafatların ümumi sayına görə liderdir. 7 "Qızıl top"la Portuqaliya, Almaniya, Fransa və Niderland 2 və 5-ci sıraları bölüşür. İtaliya, Braziliya və İngiltərəli futbolçular isə hərəyə 5 dəfə "Qızıl top"un qalibi olublar.

Klubların mübarizəsində isə "Real" və "Barselona" şərikli liderdirlər. Hər iki komandanın 8 futbolçusu 12 dəfə sözügedən mükafatı qazanıb.

Chosen
547
22
publika.az

8Sources