AZ

“Haaland mövsüm boyu Messidən daha yaxşı idi"

style='margin-bottom:10px;'>

"Bavariya"nın keçmiş yarımmüdafiəçisi Lotar Matteus "Qızıl top" mükafatına Lionel Messi yox, Erlinq Haalandın layiq olduğunu bildirib.

QOL.az “Football İtalia”ya istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu norveçli hücumçunun son 1 ildə Messidən daha yaxşı çıxış etdiyini deyib: 

“Haaland bütün mövsüm Messidən daha yaxşı idi. Bu, dünya kubokunu qazanmağın hər şeydən vacib olduğunu sübut edir. Mənim üçün son 12 ayda heç kim Haalanddan yaxşı olmayıb. O, “Mançester Siti” ilə vacib titulları qazandı və ən çox qol rekorduna sahib çıxdı. Messinin qələbəsi yanlış idi. Baxmayaraq ki, mən həmişə onun azarkeşi olmuşam”.

Qeyd edə ki, Mateus özü də “Qızıl top”un qalibidir. O, Almaniya millisi ilə 1990-cı ildə dünya kubokunu qazandıqdan sonra bu mükafata layiq görülüb.

Seçilən
655
22
teleqraf.com

8Mənbələr