EN

Ermənilərin oğurladığı "Qarabağ" mahnısı yutubdan SİLİNDİ

Xəbər verdiyimiz kimi, sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsər erməni müğənni Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa olunaraq “Sirun jan” adı altında, videonun təsvirində “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yayımlanıb.

"Unikal" xəbər verir ki, hazırda mahnı erməni müğənninin yutub hesabında əl çatan deyil. Belə ki, klip müəllif hüquqlarının pozulması ilə bağlı şikayətə görə "YouTube"dan silinib.

Qeyd edək ki, “Qarabağ” əsəri (“Əsər”) 20-ci əsrdə yaradılmış və ilk dəfə Xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilib.

Chosen
177
7
unikal.az

6Sources