EN

Abdullahiyan Qətər və Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətər və Türkiyəyə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bəkri məlumat verib.

Məlumata görə, İran XİN rəhbərinin Qətər və Türkiyədəki görüşləri Fələstindəki son hadisələrə həsr olunacaq.

Bildirilir ki, Qətərə səfərindən dərhal sonra Abdullahian Türkiyəyə gedəcək, orada ölkə rəsmiləri ilə Fələstindəki vəziyyəti müzakirə edəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Chosen
502
19
konkret.az

10Sources