Kürdəmirdə avtomobil aşıb.Bakuinfo.net xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb."Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. İlkin məlumata görə, hadisə nəticəsində avtomobildə olan 3 nəfər Cəyli kənd sakinləri hadisə yerində ölüb.Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.