Kürdəmirdə avtomobil aşıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində baş verib.

"Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. İlkin məlumata əsasən, hadisə nəticəsində avtomobildə olan 3 nəfər hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

Leqal.info