EN

“Veteranlara verilən 80 manatın artırılmasına ehtiyac var”

“Bugünkü müzakirə etdiyimiz büdcə artımının səmərəli istifadəsi onu göstərir ki, bu vəsaitlər istər müdafiə sektoru, istər işğaldan azad edilmiş ərazilərə ayrılır və doğru işlər görülür. Amma digər tərəfdən, biz sosial məsələyə daha çox fokuslanmağa başlamalıyıq”. 

Demokrat.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Deputat vurğulayıb ki, hər il büdcə artımı, hər il dürüstləşmiş büdcə müzakirə edilir, amma yenə də şikayətlər var: “Əmək və əhalinin sosial müdafiə naziri kim olur olsun, əhali həmişə şikayətçi olacaq. Bu, tək bizim ölkədə olan məsələ deyil. Vyetnam müharibəsindən nə qədər vaxt keçib, lakin bu gün də ABŞ-də sosial problemlər müzakirə olunur.

Chosen
124
13
demokrat.az

10Sources