EN

İmtahana görə özünə qəsd edən abituriyent tanınmış müğənninin qohumu imiş

İmtahandan keçə bilmədiyinə görə intihar edən abituriyent müğənni Tacir Şahmalıoğlunun qohumudur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qaynarinfo-ya sənətçinin özü məlumat verib.

Müğənni abituriyentin qardaşının qaynı oğlu olduğunu vurğulayıb:

Tacir
Tacir Şahmalıoğlu

“Dünəndən yasdayıq. Allah kiməsə göstərməsin, ağır dərddir. 17 yaşında, boy-buxunlu övlad, heyif belə bir uşaqdan. Gələn il qəbul olardı, nə olacaqdı ki?”

Qeyd edək ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilməyən şagird intihar edib.

Chosen
160
24
nocomment.az

10Sources