EN

Netanyahu müharibəni bitirməkdən imtina edir

İsrailin baş naziri Binyamin Netanyahunun 8 aydır davam edən müharibəyə son qoymaq və Qəzzadan çəkilməkdən imtina etdiyi bildirilib.

Azerforum xəbər verir ki, İsrail baş nazirliyindən verilən yazılı açıqlamada HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın müharibənin bitməsi və HƏMAS-ın olduğu kimi qalması üçün İsrail ordusunun Qəzzadan çəkilməsini tələb etdiyi, lakin Netanyahunun bunu rədd etdiyi qeyd olunub.

İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu Hərbi Nazirlər Kabinetinin "Həmas ilə əsir mübadiləsi razılaşması və Qəzzada müharibənin davam etdirilməsi" ilə bağlı keçirdiyi iclasdan əvvəl müharibənin dayandırılmasına qarşı olduğunu bildirib.

Netanyahu İsrail və beynəlxalq ictimaiyyət tərəfindən siyasi səbəblərə görə Həmas ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham olunur.

Fatimə
Azerforum.com

 

Chosen
444
50
azerforum.com

10Sources