İsrail Müdafiə Qüvvələrinin sözçüsü Qəzza zolağında yerləşən xəstəxanaya düşmüş raketlə bağlı HƏMAS üzvləri arasındakı söhbətin səs yazısını yayımlayıb.
Publika.az xəbər verir ki, səs yazısında düşən roketin Fələstinə aid olduğu bildirilir.
- Sənə deyirəm ki, ilk dəfədir biz belə bir raketin düşdüyünü görürük və ona görə də onun Fələstin İslami Cihadına aid olduğunu deyirik.
- Bizdəndir?
- Elə görünür.
- Kim deyir?
- Deyirlər ki, raketdən çıxan qəlpələr İsrail qəlpələri deyil, yerli qəlpədir.