EN

İran Qəzzada xəstəxanaya edilən hücumu pislədi - Kənani

İsrailin Qəzza zolağında xəstəxanaya aviahücumunu kəskin şəkildə pisləyirik. Azadmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib. Belə ki, “İran Qəzzada xəstəxanaya edilən dəhşətli hücumu qəti şəkildə pisləyir", - deyə Kənani bildirib.Qeyd edək ki, İsrail ordusunun Qəzzada xəstəxanaya endirdiyi zərbə nəticəsində 800 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.Həmçinin İsrail hücumda əli olmadığını, xəstəxanaya düşən raketi "İslami-Cihad"ın buraxdığını bildirib.

Chosen
429
50
azadmedia.az

10Sources