EN

"heç kim bir daha bu klub üçün belə bir şey etməyəcək"

“Napoli”nin hücumçusu Viktor Osimhen gördüyü ən yaxşı futbolçu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, nigeriyalı forvard, mərhum argentinalı hücumçu Dieqo Maradonanın adını çəkib:

“Mənim üçün futbolun ən yaxşısı Dieqo Maradonadır. O, “Napoli” üçün inanılmaz idi, heç kim bir daha bu klub üçün belə bir şey etməyəcək”.

Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib və iki dəfə İtaliya çempionatının qalibi olub.

Chosen
559
1
sportinfo.az

2Sources