EN

MN-də 143 milyonluq mənimsəmə: pulun 500 min manatı mənə qalıb

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Vüqar Cəfərov bildirib ki, yoxlamalar zamanı 2 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Mənimsənilən məbləğdən onun üzərinə 99 min 600 manat pul düşüb. Onu da tam ödəyib.

“İşlədiyim ikinci hərbi hissədə yoxlama olmayıb. Mənimsənilən məbləğlər 20-50 faiz nisbətinə görə bölünürdü. İstintaq dövründə mənim mənimsədiyim pul 124 min manat məbləğində göstərilmişdi. Sonradan bildirdim ki, həmin pulun təxmini 20 faizini Süleyman Abbasova vermişəm. Mən işlədiyim dövrdə bir dəfə xüsusi tapışırıq olmuşdu. Ümumi puldan 35 min manatını da həmin xüsusi tapşırıq əsasında vermişəm, - o, deyib.

Şahid Bəxtiyar Ələkbərov bildirib ki, 2021-ci ilin mart ayından Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. Həmin hərbi hissədə 224 min 365 manat çatışmazlıq aşkar olunub. O, təftişə cəmi bir dəfə pul verdiyini və mənimsənilən pullardan öz üzərinə düşən məbləği tam ödədiyini deyib.

Məhkəmə iclasında şahid qismində ifadə verən Elman Mirzəyev deyib ki, təftiş vaxtı həbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. O, həmin hərbi hissədə 658 min manatdan çox pul mənimsənildiyini, 91628 manatının onun üzərinə düşdüyünü və həmin məbləği də büdcəyə tam ödədiyini bildirib.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında maliyyə xidmət rəisi işləyən Hüseyin Yusibov bildirib ki, hospitalda yoxlamalar zamanı 3 milyon manat çatışmazlıq aşkar olunub:

“Həmin puldan 1 milyon 235 min manat mənə qalıb, qalan pulları təftişə və maliyyələşməyə vermişəm. Mənim üzərimə düşən məbləğin 380 min manatını büdcəyə ödəmişəm qalanını da ödəyəcəyəm.”

O, həmçinin vurğulayıb ki, 335 min manat pulu xüsusi tapşırıqla müəyyən adamlara verib.

Chosen
188
34
publika.az

10Sources