Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Azərlotereya” ASC tədbirlərə davam edir.
"Heydər Əliyev ili” çərçivəsində elm və təhsilin inkişafına dəstək məqsədilə "Azərlotereya” yerli universitetlərə qəbul imtahanında öz qrupları üzrə ən yüksək bal toplamış tələbələrdən 10 nəfəri xüsusi təqaüdlə təmin edib.
"Azərlotereya”nın təhsilin tərəqqisinə yönələn layihələrə hər zaman dəstək göstərdiyini bildirən şirkətin İdarə Heyətinin sədri Osman Karakuş tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Vurğulanıb ki, ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq "Azərlotereya”nın bu addımı onların gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq.
"Azərlotereya”nın bu sahədəki töhfələri tələbələri öz akademik potensiallarını maksimum açığa çıxararaq irəlidə böyük nailiyyətlərə imza atmağa həvəsləndirir, onların daha parlaq gələcəyi üçün lazımi bilik və bacarıqlara malik olmasına imkan yaradır.
www.anews.az