EN

"Azərbaycanda psixi sağlamlıq məsələləri" mövzusunda dəyirmi masa keçirilir

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən "Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları" mövzusunda dəyirmi masa keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Psixiatrlar Asossasiyasının prezidenti Nadir İsmayılov, qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak edirlər.Çıxış nitqi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edib. Onun sözlərinə görə, bu gün ölkəmizdə əhalinin müxtəlif qruplarının psixi vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülür: "Müvafiq dövlət orqanları tərəfindən tədbirlər, layihələr davamlı olaraq keçirilir. Ölkəmizdə psixi sağlamlıq sahəsində milli strategiyaya da yenidən baxılması məqsədəuyğun olardı. Ombudsman təsisatı olaraq bu məsələ bizim də diqqətimizdədir".
Müəllif: Söylü Ağazadə

Chosen
182
1
sesqazeti.az

10Sources