Fələstinlilər paytaxtı Qüds olmaqla öz müstəqil ölkəsini əldə edənə qədər ərəb-İsrail münaqişələri davam edəcək.
Publika.az xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbasın müşaviri Mahmud əl-Həbbaş deyib.
Siyasətçi deyib ki, hazırda Fələstin tərəfinin prioriteti Qəzza zolağına qarşı təcavüzü dayandırmaqdır. O qeyd edib ki, rəhbərlik qan tökülməsini dayandırmağa, eləcə də işğala belə son qoyacaq danışıqlara başlamağa çalışır.
O , İsraillə HƏMAS arasında qarşıdurmanın hazırkı raundunun başa çatacağına işarə edib.