EN

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub (FOTO)

Bakı. Trend:

Nobel Sülh mükafatçısı Məhəmməd Yunus UNEC-də olub.

2016-ci ildə UNEC-ə səfəri zamanı universitetdə yaradılmış YunusSosial Biznes Mərkəzinin açılışında iştirak edən Nobel mükafatçısırektor professor Ədalət Muradov, AMEA-nın prezidenti akademik İsaHəbibbəyli, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə mərkəzinaçılış lentini kəsib və mərkəzlə tanış olub.

Rektor Ədalət Muradov mərkəzin yaradılmasının məqsədi vəfəaliyyəti barədə məlumat verib. Bildirib ki, mərkəz tələbə gənclərarasında sosial biznes ideyasını təşviq etmək məqsədilə yaradılıb.Mərkəzdə Azərbaycanda və regionda sosial biznes ideyasınıninkişafını dəstəkləmək üçün akademik görüşlər, seminar, diskussiyakeçiriləcək və tədqiqatlar aparılacaq. Eyni zamanda tələbə mübadiləproqramları, akademik debatlar, təcrübə proqramları, eləcə dəkönüllü fəaliyyətlər həyata keçiriləcək.

Akademik İsa Həbibbəyli isə Azərbaycanda elm və təhsil üzrəbeynəlxalq əlaqələrdən danışıb. UNEC-in bu istiqamətdə böyükuğurlar qazandığını diqqətə çatdıran AMEA rəhbəri ali təhsilmüəssisəsində Yunus Sosial Biznes Mərkəzinin yaradılmasının mühüməhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nobel Sülh mükafatı laureatı professor Məhəmməd Yunus yenidənUNEC-də olmaqdan məmnunluğunu ifadə edərək, sosial biznes sahəsindəbacarıqlı gənc tədqiqatçıların yetişməsinin əhəmiyyətinivurğulayıb. O, Yunus Sosial Biznes Mərkəzinin bu istiqamətdə tələbəgənclərə böyük stimul verəcəyini vurğulayıb. M.Yunus BiznesMərkəzində ilk mühazirəsini də sosial biznes sahəsində qarşıdaduran problemlərə həsr edib.

Sonda suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, açılış mərasimində Xalq yazıçısı ÇingizAbdullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalqqəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Azərbaycan MilliEnsiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənli,Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu,UNEC-in rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Chosen
295
8
az.trend.az

10Sources