Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.AzVision.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. "Turan Tovuz" lider "Qarabağ"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.
Turun son qarşılaşmasında "Sabah" "Sumqayıt"ın qonağı olacaq. Bu oyuna saat 19:00-da start veriləcək.
17 mart
16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Tovuz şəhər stadionu
19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
AzVision.az