Türkiyənin “Eyüpspor” klubunun baş məşqçisi Arda Turan “Qarabağ”ın "Bayer"lə oyunu ilə bağlı paylaşım edib.
Gundem.az bildirir ki, o, instaqram sosial şəbəkəsindəki hesabında Ağdam təmsilçisini təbrik edib:
“Möhtəşəm mübarizəyə görə təşəkkürlər. Təbriklər”.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsində “Bayer” və “Qarabağ”ın qarşılaşdığı cavab oyunu alman klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Proses bu gün, martın 15-də baş tutacaq. (Sfera.az)