EN

Putin: Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ABŞ-ın uğursuz siyasətinin nəticəsidir

İsrail şiddətli hücuma məruz qalıb, lakin nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılması ilə mümkündür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB sammitində deyib.

Onun sözlərinə görə, Rusiya Fələstin-İsrail münaqişəsinin danışıqlar yolu ilə həllinə alternativin olmadığı mövqeyindən çıxış edir.

“Onların məqsədi, paytaxtı Şərqi Qüdsdə, İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan BMT-nin “iki dövlətli” formulunun həyata keçirilməsi olmalıdır. Əlbəttə ki, biz bunu da görürük ki, İsrail qəddarlığı ilə seçilən misli görünməmiş bir hücuma məruz qaldı və əlbəttə ki, o, qorunmaq hüququna, dinc mövcudluğunu təmin etmək hüququna malikdir", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin misli görünməmiş gərginləşməsi israillilər və fələstinlilər üçün böyük faciəyə çevrilib. O, bunu ABŞ-ın Yaxın Şərqdəki uğursuz siyasətinin bilavasitə nəticəsi adlandırıb.

Rusiya lideri əlavə edib ki, Birləşmiş Ştatlar avropalı tərəfdaşlarının dəstəyi ilə Yaxın Şərq nizamlanmasını inhisara almağa çalışıb, lakin hər iki tərəf üçün məqbul olan kompromislər tapmağa çalışmayıb və şübhəsiz ki, Fələstin xalqının köklü maraqlarını heç vaxt nəzərə almayıb.

Chosen
598
40
apa.az

10Sources