Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.
Günün ilk görüşündə "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci pillədə qərarlaşıb.
Tur "Qarabağ" - "Zirə" matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci, “qartallar” 36 xalla 6-cı yerdədir.
Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni evdə (2:1) minimal fərqlə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıblar.
10 mart
15:30. “Turan Tovuz” – “Araz-Naxçıvan” 0:0
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 15:30
"Qarabağ" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
T.Bəhramov adına Respublika Stadionu, 18:00
|
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol
Pedro Nuno ("Səbail") - 7 qol
Toral Bayramov ("Qarabağ") - 7 qol
Leandro Andrade ("Qarabağ") - 7 qol