EN

Xavyer Tebas “Real Madrid TV”-ni tənqiq etdi

La Liqanın prezidenti Xavyer Tebas “Real”ın klub televiziyasının fəaliyyətini tənqid edib və bunun digər komandalara təsirini vurğulayıb.

Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, Tebas “Real”ın klub televiziyasının “qaymaqlılar”ın oyunlarını idarə edəcək hakimlərin səhvlərini təhlil edən videolar yayımlamasını düzgün fəaliyyət hesab etmir:

“Real Madrid” televiziyasının videoları digər komandalar arasında əsəbilik yaradır. Hakimlərə əsəbiləşə bilərsən, amma gərək müvafiq halları qızışdırmayasan. Səhvlərdən danışmaq bir məqam, bilavasitə oyunlar ərəfəsində video çəkmək isə başqa məqamdır. La Liqada bunun yanlış olduğunu düşünürük”, deyə Xavyer Tebas vurğulayıb.

Xatırladaq ki, “Real Madrid TV”-nin hakimlərə təzyiq göstərməsi ilə bağlı “Sevilya” “Real”dan İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət ünvanlamışdı. Öz növbəsində, RFEF bu məsələdə “Real”a cəza tətbiq edilməsinin heç bir əsası olmadığını “Sevilya”nın şikayətinə qarşı qoymuşdu.

Belə ki, İntizam Komitəsinin üzvləri hesab ediblər ki, “Real” tərəfindən intizam məcəlləsinin hansı hissəsinin pozulduğu göstərilmədiyi üçün şikayət üzrə işin başlanmasına əsas yoxdur.

Amma “Real” futbolçularının klub televiziyasının fəaliyyətindən narazı olduğu barədə də məlumat vardı. Belə ki, “qaymaqlılar”ın bəziləri belə hesab edirlər ki, “Real Madrid TV”-nin hakimləri sərt tənqidi mövqeyi “Real”a qarşı rəqib düşərgələrdə hədsiz aqressiv əhval-ruhiyyə yaradır.

Chosen
126
2
arena.az

10Sources