Bu gün Milli Məclisinin xüsusi iclasında İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı müzakirəyə çıxarılıb. Xalqcəbhəsi.az xəbər verir ki, müzakirələrdən sonra Bəyanat qəbul edilib. Bəyanatın mətnini millət vəkili Hikmət Babaoğlu səsləndirib.
Bəyanatda dövlət başçısının 20 il ərzində gördüyü işlər, qazanılan uğurlarla bağlı məlumat yer alıb.