Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci kanal”a müsahibəsində danışıb.
O, bunun Rusiyanın seçimi olduğunu deyib:
“Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Ukraynadakı müharibəni əsas gətirirlər, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb. Bu, Rusiya Federasiyasının qərarı idi. Biz faktlarla üzləşdik və hərbi-texniki əməkdaşlığı şaxələndirmək məcburiyyətində qaldıq”.