EN

Şirvanda sakinlərdən 12 ov tüfəngi götürüldü

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, aparılan tədbirlər nəticəsində 12 şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Chosen
351
8
modern.az

10Sources