EN

“ABŞ adından Xocalıda həlak olanların ailələrinə başsağlığı verirəm” – Səfir

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. 
Ednews  xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında bildirib. 
“Bu gün Azərbaycan xalqının kədərini paylaşaraq 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək borcumuzdur”, - o bildirib.

Chosen
111
35
ednews.net

10Sources