AZ

Belə faciələrin bir daha təkrarlanmaması üçün... - Mark Libbi

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında bildirilib.

“Bu gün Azərbaycan xalqının kədərini paylaşaraq 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-nin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək borcumuzdur”, - o qeyd edib.


Müəllif: Teleqraf.com
Seçilən
118
33
teleqraf.com

10Mənbələr