EN

Husilər Böyük Britaniya gəmisini batırdılar

Husilərin sözçüsü Yəhya Saria bildirib ki, qrup Ədən körfəzində “Rubymar” gəmisinə hücum edib və indi gəminin batmaq təhlükəsi var.

Daha əvvəl “Associated Press” Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən xəbər vermişdi ki, husilər Qırmızı dəniz və Ədən körfəzini birləşdirən Bab əl-Məndeb boğazından keçən Beliz bayrağı altında üzən gəmini atəşə tutublar. Nəticədə ekipaj gəmini tərk etmək məcburiyyətində qaldı.

“Vesselfinder” gəmi monitorinq xidmətinin məlumatına görə, “Rubymar” yük gəmisi Beliz bayrağı altında üzür. Xidmət gəminin yeri ilə bağlı məlumatı sonuncu dəfə fevralın 11-də Ədən körfəzində olarkən alıb. AP-nin məlumatına görə, Yəhya Saria iddia edib ki, husilər gəmiyə zərbə endirərkən ekipajın təhlükəsiz şəkildə gəmini tərk edə bilməsinə əmin olublar. Agentlik Britaniyanın “Ambrey” şirkətinə istinadən xəbər verir ki, Britaniyada qeydiyyatdan keçmiş və Livan tərəfindən idarə olunan yük gəmisi BƏƏ-dəki Xorfakkandan ayrıldıqdan sonra Bolqarıstana doğru gedirmiş.

//Samir Qurbanov, Editor.az

Chosen
277
40
editor.az

10Sources