EN

Rabitəbank və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb (FOTO)

Bakı. Trend:

AFFA və “Rabitəbank” ASC arasında sponsorluq müqaviləsiimzalanıb. Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynovimzalayıblar. Sponsorluq müqaviləsinə əsasən, Azərbaycan PremyerLiqası oyunlarına təyinat alacaq peşəkar hakimlərin formalarınınüzərində futbol ailəsinin yeni üzvü olan Rabitəbankın adı və loqosuəks olunacaq.

AFFA-nın prezidenti R.Abdullayev tədbirdə çıxış edərək nüfuzluşirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsininsevindirici hal olduğunu deyib. Rabitəbank rəhbərliyinə ölkəfutboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib.Azərbaycan futbol hakimliyindən danışan R.Abdullayev əfsanəvireferi Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilmiş Dünyaçempionatının final qarşılaşmasında verdiyi qərarın dünya futbolictimaiyyətində bu gün də unudulmaz an kimi xatırlandığınıbildirib. Azərbaycan hakimlik məktəbinin ənənəsinin davam etdiyinibildirən AFFA prezidenti Rabitəbankla yeni əməkdaşlıq sayəsindəgənc hakimlərin yetişdirilməsi istiqamətində addımların atılacağınıdiqqətə çatdırıb.

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynovfutbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu söyləyib.Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksəkqiymətləndirən A.Hüseynov bank olaraq sosial məsuliyyətçərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarınıqeyd edib.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternetBankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli ÇağrıMərkəzi ilə müştərilərin xidmətindədir.

Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Rabitəbank
Chosen
132
18
az.trend.az

10Sources