EN

Pentaqon rəhbəri Brüsseldəki toplantıya getməyəcək

Bakı. Trend:

ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna ilə bağlı keçiriləcəkgörüş üçün Brüsselə getməyəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bunu adı açıqlanmayanPentaqon sözçüsü bildirib.

Qeyd edək ki, Ukraynaya hərbi yardım göstərən əlli ölkəninnümayəndələrinin iştirakı ilə fevralın 14-də Belçikanın paytaxtındagörüş olacaq.

"Mən bunu indi təsdiqləyə bilərəm", - deyən Pentaqon rəsmisiABŞ-ı görüşdə kimin təmsil edəcəyini açıqlamayıb.

Qeyd edək ki, prostat vəzi xərçəngi ilə mübarizə aparan Ostinsidik kisəsində yaranan problemlərə görə ötən gün yenidənxəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirildikdən sonraPentaqon rəhbəri səlahiyyətlərini müavini Ketlin Hiksə verib.

Məqalədə:
Chosen
271
47
az.trend.az

10Sources