EN

"Papaqçılar" da tarixə düşdü, İlyas da

İngiltərə Premyer Liqasının 22-ci turunda "Luton Taun" "Brayton"u darmadağın (4:0) edib.

Publika.az xəbər verir ki, bu "papaqçılar"ın tarixində, həm də elit çempionatda ən böyük hesablı qələbəsi olub.

Eyni zamanda, "qağayılar"ın qapısına vurulan dörd qoldan üçünün müəllifi olan İlyas Adebayo Premyer Liqa tarixində "Luton"un forması ilə ilk het-trik edən futbolçu olub.

Qeyd edək ki, debütanat 21 oyundan sonra 19 xalla 17-ci pillədə qərarlaşıb.

Chosen
248
50
publika.az

10Sources