EN

“Xalqımız ölkəmizin artan tempdə tərəqqisi naminə öz layiqli namizədini dəstəkləyəcək” - Roza ƏLİQIZI

“Növbədənkənar prezident seçkisi Azərbaycanın zəfər seçkisidir”.

Bu sözləri Herbiand.az">Herbiand.az-a açıqlamasında “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri Roza Əliqızı bildirib. Birlik sədri ilk dəfədir seçkinin bütün bölgələrimizdə keçirildiyini böyük qürur hissilə bildirib:

“Ölkəmizdə keçirilən növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təcəssümüdür. Sevindirici haldır ki, ilk dəfə olaraq Azəbaycanın bütün bölgələrində səsvermədə iştirak edəcək. Əminəm ki, xalqımız ölkəmizi qüdrətli dövlətə çevirən, qalibiyyəti bizə yaşadan Ali Baş Komandana səs verərək Azərbaycanın bundan sonra daha da güclənməsində qətiyyəti, bacarığı ilə ən mühüm qərarlar verəcək lideri dəstəkləyəcək”.

Roza xanım bildirdi ki, ərazi bütövlüyümüzün  və suverenliyimizin bərpası ölkəmiz üçün yeni reallıqlar yaratdı, yeni hədəflərimiz müəyyənləşdi:

“Və bu ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini də şərtləndirdi. Xalqımız da ölkəmizin artan tempdə tərəqqisi naminə öz layiqli namizədini dəstəkləyəcək. Öz səsini ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə verəcək”.

Elnurə İSAXAN

 

 



Chosen
240
9
herbiand.az

10Sources