“7 fevral 2024-cü il tarixinə Növbədənkənar Prezident Seçkiləri təyin olunub. İlk dəfə ərazi bütövüyümüzün tam təmin olunması ilə Azərbaycanda seçkilər keçiriləcək. Qürurvericidir ki, Azərbaycan xalqı qalib xalq olaraq, seçkilərdə iştirak edəcək. Artıq işğaldan azad olunmuş torpaqlarımızda-Xankəndidə, Şuşada, Kəlbəcərdə və s. seçkilər təşkil olunacaq, illərdir öz doğma xalqı üçün darıxan işğaldan azad edilmiş rayonlarımız öz sakinlərinə qovuşub. Mən inanıram ki, xalqımız dövlətimizin, millətimizin və ölkəmizin gələcəyi naminə ən doğru qərarı verəcək”.
Bu sözləri "İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, seçkidən öncə bütün müşahidəçilərə onlayn və birbaşa təlimlərin keçirilməsi vacib amillərdən biridir: “Seçkinin şəffaflıqla təmin olunması müşahidə prosesinin yüksək səviyyədə aparılması deməkdir”.
Pərvanə Fərhadqızı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta