Ekoloji fəallar Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosunun üzərinə şorba töküblər.BAKU.NEWS xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.“Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda “Mona Liza”nı qoruyan zirehli şüşənin üzərinə şorba tökərək öz hərəkətlərini “sağlam və dayanıqlı qida hüququ”nu təbliğ etmək istəyi ilə əsaslandırıblar”, - agentliyin məlumatında deyilir.Qeyd edək ki, ekoloji fəalların “Mona Liza”nı məhv etməyə cəhdləri ilk dəfə deyil. Belə ki, 2022-ci ilin may ayında əlil arabasında olan bir nəfər qoruyucu şüşəni sındırmağa cəhd etmiş, daha sonra isə ona tortla bulamışdı.